AZ

Rusiyada niqab qadağan edilir?

Kremldə niqab qadağası ilə bağlı heç bir müzakirə aparılmır.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bu müzakirədə iştirak etmirik", - Kreml sözçüsü bildirib.

Qeyd edək ki, iyunun ortalarında parlamentin aşağı palatasına niqabın geyinilməsini qadağan edən qanun layihəsi təqdim edilib. Qəbul ediləcəyi təqdirdə geyimdən istifadə edənlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 10-15 min rubl arasında cərimə olunacaqlar. Qeyd olunur ki, qanunun müəllifləri ictimai təhlükəsizlik mülahizələrini rəhbər tutublar.

Bundan əvvəl Dağıstanın müftisi Əhməd Abdullayev fətvalar şöbəsinin rəyinə əsaslanaraq, niqab taxmağa müvəqqəti qadağa tətbiq edib. Sonra analoji qərar Qaraçay-Çərkəzdə də qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
publika.az

1Mənbələr