“Hürriyet”: Ərdoğan “İsrailə atəşkəs təzyiqi artmalıdır" dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatı + (Plyus) Zirvə Toplantısındakı çıxışında bunları söyləyib: "Qəzzada 16 mindən çox günahsız uşağın öldüyü xarabalıqlar mahiyyət etibarilə legitimliyini itirmiş beynəlxalq sistemin dağıntılarıdır. İsrailin durdurulmalı və daimi atəşkəsi qəbul etməyə məcbur olmalıdır. Bununçün İsrail hökumətinə təzyiq ardıcıl şəkildə artırılmalıdır".
“Sabah”: Putin İstanbul Sazişini vurğuladı
Rusiya ilə Ukrayna arasında müzakirələrin 2022-ci ildə İstanbulda aparıldığını xatırladan Rusiya prezidenti V.Putin deyib: "İstanbulda razılaşmaların hazırlanması prosesində vasitəçi kimi iştirak etdiyi üçün prezident Ərdoğana təşəkkür edirəm. Bu razılaşmalar masa və danışıqların davam etdirilməsi üçün əsas ola bilər”.
“Star”: Ərdoğan millilərə dəstək üçün Almaniyaya gedir
2024-cü il Avropa çempionatının son turunda Türkiyə Milli Futbol Komandasının Avstriyanı 2:1 hesabı ilə məğlub etdiyi matçda milli futbolçu Merih Dəmiralın sevincini ifadə etməsinə UEFA istintaq açıb.
Türkiyə prezidenti R.T.Ərdoğan iyulun 6-da Hollandiya matçında milli komandaya dəstək olmaq üçün Almaniyaya gedir.
“Haber Türk": 1 həftədə 57 terrorçu zərərsizləşdirildi
İraq və Suriyanın şimalənda keçirilən əməliyyatlarda 2024-cü ilin əvvəllərindən 57-si son bir həftədə olmaqla 1327 terrorçu zərərsizləşdirilib.
“Yeni Şafak”: Əczaçılıqda yerli istehsalın payı artır
2023-cü ildə Türkiyədə fəaliyyət göstərən dərman istehsal müəssisələrinin sayı 109-a yüksəlib. Yerli dərmanların dəyər əsasında payı son 8 ildə 1533 faiz artıb. Ötən il sektor 185 ölkəyə 2,2 milyard dollarlıq dərman preparatları ixrac edib.