Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində finala yüksəlib.
Msport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda braziliyalı rəqibini məğlub edib.
S.Zeynalov yarımfinalda cənubi koreyalı idmançıdan üstün olub.