AZ

Rusiya son sutkada 1100-dən çox əsgər itirib

Ukrayna ordusunun müdafiə qüvvələri bir gün ərzində 1100-dən çox rus döyüşçünü zərərsizləşdirib.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook-dakı səhifəsində məlumat verilib. Qeyd edilir ki, "24 fevral 2022-ci il tarixindən 5 iyul 2024-cü il tarixədək düşmənin ümumi döyüş itkiləri şəxsi heyətdə təxminən 548 min 580 nəfər olub. O cümlədən son sutka ərzində 1110 nəfər məhv edilib".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Seçilən
49
news365.az

1Mənbələr