AZ

İsrailin Qəzzaya hücumu nəticəsində ən azı 10 fələstinli həlak olub

 

İsrail ordusunun Qəzza zolağında bir çox nöqtəyə təşkil etdiyi hücumlarda ən azı 10 fələstinli həyatını itirib, aralarında uşaqlar da olmaqla çox sayda insan yaralanıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb. 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 38 min 11 fələstinli həyatını itirib, 87 min 445 nəfəri yaralanıb.

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
90
missiya.az

1Mənbələr