AZ

Müğənnilər uşaq proqramlarında “açıq-saçıq” geyinə bilməyəcəklər

Yazını böyüt
Yazını kiçilt

Rusiya Mədəniyyət Nazirliyi müğənnilər üçün geyim kodu tətbiqi təklifini təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, bundan əvvəl Dövlət Dumasının deputatı İrina Filatova konsertlərdə artistlərə geyim qaydası tətbiqlənməsi xahişi ilə nazirliyə müraciət etmişdi.

Rusiyalı müğənni Olqa Buzovanın Ufada Uşaqlar Gününə həsr olunmuş konsertində geyindiyi paltara görə bu məsələ aktiv şəkildə gündəmə gətirilib və müxtəlif sahələrdə tənqid hədəfinə çevrilib.

Dumanın deputatı Nina Ostanina qeyd edib ki, sənətçilər üçün geyim kodu qanunu yalnız uşaqlar üçün nəzərdə tutulan proqramlara şamil olunacaq.

Nina Ostanina deyib: “Bu, sənətçilərə bədii geyimlərin qadağan edilməsindən getmir. Söhbət uşaqların qatıldığı kütləvi tədbirlərdə bədənin açıq hissələrinin nümayişinə icazə verməyəcək standartların qəbulundan gedir. Qalan hər şey daxili mədəniyyət normaları, tədbirin təşkilatçıları və iştirakçıların müəyyən etdiyi kimi baş verəcək. Bədii fəaliyyətin məqsədi onu davam etdirmək və bədii bacarıq olmadıqda məzmundan yayındıran bədənin çılpaq hissələrini göstərməməkdir. Hər bir halda önəmli olan məzmundur”.

Seçilən
66
hafta.az

1Mənbələr