AZ

Portuqaliya, yoxsa Fransa?

Almaniyada keçirilən AVRO-2024-ün pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 finalın daha bir oyunu keçiriləcək.

Mərhələnin ikinci oyunu Hamburqda baş tutacaq. Son iki mundialda finala yüksələn Fransa Portuqaliya ilə üz-üzə gələcək. Bu matç həm də Kilian Mbappe ilə Kriştiano Ronaldonun dueli hesab olunur.

Qeyd edək ki, 1/4 final mərhələsinə iyulun 6-da yekun vurulacaq.

AVRO-2024
1/4 final
5 iyul
23:00. Portuqaliya – Fransa
Baş hakim:
Maykl Oliver (İngiltərə)
Hamburq. Folksparkştadion

İdman.biz

Seçilən
86
idman.biz

1Mənbələr