Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak Leyboristlər Partiyasının lideri Key Starmeri iyulun 4-də keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"Far.Az" xəbər verir ki, indiki Baş nazir məğlubiyyətini etiraf edərək bunun məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.
Protokollar hesablanmağa başlayandan və "exit-poll"a görə, Leyboristlər partiyası parlamentdə üstünlük qazanıb. Partiya 650 yerdən 326-nı təmin edib.
2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 71 mandatı var. Səsvermə bülletenlərinin hesablanması davam edir.