AZ

Leyboristlər Partiyasının lideri Britaniya parlamentində yerini təmin edib

Leyboristlər Partiyasının lideri Keir Starmer asanlıqla Britaniya parlamentinin İcmalar Palatasındakı yerini təmin edib.

APA xəbər verir ki, bunu Londonun şimalında yerləşən Holborn və Sent-Pankras dairələrində elan edilmiş seçkilərin nəticələri sübut edir.

61 yaşlı siyasətçi ikinci nəticə göstərən müstəqil namizəd Endryu Faynşteyndən 11,6 min səs çox toplayaraq 18,9 min səs qazanıb.

Starmer parlamentdə ilk dəfə 2015-ci ildə yer alıb. O, beş il sonra Ceremi Korbini əvəz edərək partiyaya rəhbərlik etməyə başlayıb.

Seçilən
85
2
apa.az

3Mənbələr