Siyasi şou ssenarisinin müəllifləri Fransa ilə ABŞ, baş rolların ifaçıları isə keşiş Baqrat və Eçmiədzin klsəsidir
Ermənistan Azərbaycan münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edən BMT-nin dörd qətnaməsini yerinə yetirməkdən yayınan işğalçı ölkənin dəyişilən, ərköyün iqtidarları beynəlxalq hüquq normalarına məhəl qoymayaraq 30 il ərzində eyni havanı çalıblar. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci iclasında Ermənistanın təcavüzkar siyasətini pisləyən, qınayan, erməni silahlı birləşmələrinin işğal altında saxladıqları Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnaməsinə də məhəl qoymayan rəsmi İrəvan bu təşkilatın İstanbulda keçirilən Zirvə görüşündə 9 ölkənin daxil olduğu «Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu”»nun çağırışlarına da məhəl qoymadı. Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının Tehranda keçirilmiş 16-cı, Venesuela Bolivar Respublikasının Marqarita adasında təşkil olunan 17-ci Zirvə görüşlərində qəbul olunmuş Yekun Sənədlərində qeyd olunan Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına hörmət çağırışını da rəsmi İrəvan sükutla qarşıladı. Hərəkatının Bakıdakı 18-ci Zirvə görüşünün Yekun Sənədində qeyd olunan heç bir dövlətin Azərbaycanın ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuni olduğunu tanımayacağı, iqtisadi fəaliyyət də daxil olmaqla, işğal olunmuş ərazilərdə həmin vəziyyətin qorunub saxlanılmasına hər hansı bir dəstək verməyəcəyi bəndi də erməni separatçılarını düz yola gətirmədi. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qaldığı 30 idldə AŞPA-nın, ATƏT-in, Avrop İttifaqının qəbul etdikləri, sözdə də olsa ,Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən sənədlərdə qeyd olunan tələblər icra olunmadı. Erməni sialahlı birləşmələrinin ölkəmizə qarşı törətdikləri Xocalı soyqırımı da daxil olmaqla azərbaycanlılara qarşı kütləvi qətlləri, hərbi, siyasi, ekoloji, mədəni terrorları ikili standartlar prinsipinə uyğun soyuqqanlılıqla qarşılayan havadarlarının Ermənistana isti münasibətləri rəsmi İrəvanı daha da arxayınlaşdırdı. Minsk qrupunun bölgəyə turist gəzintilərini «münaqişənini həlli istiqamətində aparılan danışıqlar» kimi qələmə verən Avropa təsisastlarının korrupsioner, ermənipərəst havadarları « qış yuxu»sundan ayılmaq istəmədilər.
Torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması tələbinə daim sadiq qalan Prezident İlham Əliyev danışıqlar prosesində konstruktivlik göstərərək münaqişənin sülh yolu ilə həlli üçün bütün vasitələrdən istifadə etdi. «Biz artıq beynəlxalq tənzimləmə mexanizmlərinə ümidsizliklə yanaşırıq. Biz bu vəziyyətlə barışa bilmərik. Biz torpaqlarımızın itirilməsi ilə heç zaman barışmayacaq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yol verməyəcəyik və bu, danışıqların mövzusu deyil. Danışıqların mövzusu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaşayan bütün xalqların təhlükəsizliyinin təmin olunması ola bilər. Bundan kənarda heç bir razılaşma mümkün deyil» söyləyən Prezident İlham Əliyev siyasi iradə, qətiyyət göstərərək doğru yoldan çəkinmədi.
«Azərbaycan torpaqlarının itirilməsi ilə heç zaman barışmayacaq, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına yol verilməyəcək» tələbi bütün danışıqlarda qətiyyətlə səsləndirildi. Qeyd olundu ki, masanın mövzusu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaşayan bütün xalqların təhlükəsizliyinin təmin olunmasıdır. Bundan kənarda heç bir razılaşma mümkün deyil.
«Nə vaxtacan biz danışıqlarda iştirak edəcəyik? Nə vaxtacan biz gözləyəcəyik? Bizim səbrimiz tükənməz deyil. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Ermənistan nə iqtisadi,nə siyasi, nə də hərbi cəhətdən bizimlə rəqabət apara bilməz. Qoy Ermənistanda fikirləşsinlər ki, 1, 3, 5 ildən sonra Azərbaycan harada olacaq, Ermənistan harada» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi qəti sözünü «dəmir yumruq»la bildirdi. Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl nümayiş etdirdiyi səylər Ermənistan tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi. Ermənistanın baş naziri Nikol Paşinyanın «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə!»” açıqlamasına Prezident İlham Əliyevin cavabı daha sərt oldu «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”!»
Beləliklə, Hayastanın riyakar, qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar faktiki olaraq mənasız prosesə çevrildi. Sülhə çağırış masası hərb meydanı ilə əvəzləndi. 2020-ci ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma «seçkilər», 2020- ci ilin iyulunda Ermənistanın baş naziri N.Paşinyanın münaqişənin həlli ilə bağlı qəbuledilməz «yeddi şərt»” irəli sürməsi işğalçı dövlətin əsl məqsədini açıq-aydın nümayiş etdirdi. Həmin günlərdə Ermənistan silahlılarının Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri növbəti hərbi təxribat Hayastanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Başqalarının maraqlarına uyğun bölgədə gərginliyi daha da alovlandırmaq istəyən Ermənistanın diversiya qrupunun törətdiyi 23 avqust təxribatı zərərsizləşdirildi. İşğalçı ölkənin müdafiə nazirinin «yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı», bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci il sentyabrın 21-də Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı zamanı bəyan etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını göstərir: «Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.»
Çox təəssüf ki, Ermənistan və havadarları dövlət başçımızın sözlərindən nəticə çıxarmadılar. Havadarlarının dəstəyinə arxalanan Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrini şiddətli atəşə məruz qoydular.
Beləcə, Vətən müharibəsində bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək «Dəmir yumruq» əməliyyatına dəstək göstərdilər. Azərbaycan Ordusunun əks-həmlə əməliyyatının davam etdiyi 44 gündə Ermənistanın torpaqlarımızın 30 illik işğalına son qoyuldu. «Dəmir yumruq»” əməliyyatı Azərbaycan xalqının yaddaşına , Silahlı Qüvvələrimizin hərb tarixinə qızıl hərflərlə yazıldı. İşğalçılığı, nasizmi dövlət siyasətinə çevirən Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalaması ilə uydurulan miflərin üzərindən qırmızı xətt çəkildi.
«Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın» sözləri ilə Ermənistana yerini göstərən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra da sülh sazişinin imzalanması naminə qətiyyətini davam etdirir.
2023-cü il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsini quraşdırmaqla düşmənə daha ağır zərbə vuran Azərbaycanın ötən ilin sentyabrında apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi separatçılardan təmizləndi. Bölgədə gizlənən Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdilər. Azərbaycan öz ərazisində separatçılığa, «boz zon»a”ya son qoydu. Bununla da Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə Azərbaycanın Dövlət Bayrağını dalğalandırdı.
”Keçmişimizə bu qısa xronikanı əbəs yerə xatırlatmadıq. Bu gün tarixə çevrilən keçmişlərdən dərs almayan Ermənistanın hələ də reallıqlarla barışmaq istəməməsi, yeni müharibəyə hazırlaşması bu ölkənin varlığına ən böyük təhlükədir. Bəllidir ki, münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə Ermənistan hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işlərini aparmaqla «Böyük Qayıdış»” proqramını uğurla davam etdirən Azərbaycan 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtmasını nəzərdə tutuan konsepsiyanı yerinə yetirəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iğaldan azad edilmiş ərazilər, Qarabağ cənnətə çeviriləcək: «Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”» Çox təəssüf ki, bu reallıqları Ermənistanda hələ də dərk etmirlər.
Hazırda İrəvanda Qarabağ separatçıları ilə yerli ermənilər arasındakı illərdən bər davam edən qarşıdurmalar daha da güclənib. Sərhədlərin delimitasiya və demarkasiya işlərinin Zəngəzur bölgəsində davam etdiriləcəyi xəbərindən sarsılan Keşiş Baqrat Qalstanyanın İrəvanda təşkil etdiyi siyasi şouları nisbətən səngisə də iqtidara qarşı təxribatlar davam edir. Revanşist keşişin sağlam niyyətdən qaynaqlanmayan bölgələrdə yerli sakinlərlə görüşləri, Hitler reyxinin əməkdaşı, qaniçən faşist Qaregin Njdenin Xustup dağındakı məzarını ziyarət etməsi sadə ermənilərə yaxşı heç nə vəd etmədiyi kimi, keşiş Baqratın Nikol Paşinyana qarış mübarizəsini davam etdirəcəyi xəbərdarlığıdır. Rəsmi İrəvandakı qarşıdurmanın daha bir nümunəsi Eçmiədzində Erməni Qriqoryan kilsəsində II Qareginin sədrliyi ilə Ali Ruhani Şuranın geniş tərkibdə iclasının keçirilməsi dövlətlə din mənsubları arasındakı gərginliyin dərnləşməsindən xəbər verir. Özünü dini təşkilatdan daha çox siyası qurum kimi göstərən kilsəsinin bu hərəkətinə Qərbin səssizliyi, dinlə dövlət arasında törədilən cinayətlərə göz yumulması «qarşılıqlı anlaşmanın» nəticəsidir.
Bəllidir ki, «böyük Ermənistan» kimi sərsəmləmələr, Türkiyə və Azərbaycana qarşı uydurma soyqırımı iddialarının müəllifləri həmişə keşişlər olub. Paşinyan hökumətinin illərdən bəri insanları aldadan bu siyasətə qarşı çıxması, ölkəni kilsənin deyil, dövlətin idarə etməsi ideyasının ortaya atılması, keşiş Qalstanyanın dövlət çevrilişinə cəhd əməlləri kilsədə üsyan ruhu yaradıb. Bu reallıqdan da aydın olur ki, Ermənistanda dövlətə nəzarətə siyasilərlə keşişlər şərikdirlər. Qərbin dəstəklədiyi Ermənistanda yaranan bu vəziyyətə səssiz qalması «üç muşketyor» birləşməsi arasındakı razılığın görüntüsüdür.
İstər Qərbin, istərsə də ABŞ-ın kilsənin əli ilə Azərbaycana qarşı törədilən təxribatların, həyata keçirilən mənfur planların müəllifləri olduqları aşkardır. Qarabağın işğalına 30 il göz yumanlar, Ermənistanı «demokrat, insan hüquqlarının qorunduğu ölkə kimi» təqdim edən Qərb kimi, ermənipərst beynəlxalq qurumlar dünyəvilik , bəşər dəyərlərə sadiqlik hisslərini yaddan çıxarıblar. İran belə erməni kilsəsinin dövləti ələ almaq cəhdlərinə isti yanaşır. Qalstanyanın atasının İran ermənisi olması münasibətləri daha da yaxınlaşdırır. Sual olnur, «demokratik Qərb», «İnsan hüquq və azadlıqlarının beşiyi ABŞ» özünə təhlükə hesab etdiyi İranın yanında ikinci bir teokratik rejimin qurulmasına nə üçün susur? Yəni, Nikol hakimiyyətinin revanşa getmədiyini görən Fransa ilə ABŞ kilsə ilə həmrəydirlər. Dəlidən doğru xəbər misalına bənzər digər şou isə Ermənistanın «Milli Təhlükəsizlik Xidməti”nin «Milli təhlükəsizlik orqanlarında xidmət haqqında”» qanuna dəyişikliklərin edilməsi təşəbbüsüdür. Bu dəyişiklik keçmiş qondarma rejimin təmsilçilərinin Ermənistanın milli təhlükəsizlik orqanında vakant yerləri tutmasına imkan yaradır. Qanun layihəsi artıq iyunun 27-də Ermənistan hökumətinin iclasında təsdiqlənib və müəyyən olunmuş qaydada parlamentə göndəriləcək.
Tərəfəlr arasında sülh danışıqlarının getdiyi bir vaxtda separatçıları məhz təhlükəsizlik xidmətinə işə götürmək ideyası haradan və nədən qaynaqlanır. Cavab isə Prezident, dövlət başçısı, cənab İlham Əliyevin bu sözləridir: «Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun.»
Xuraman İsmayılqızı, «İki sahil»