AZ

Merih Demiral cəzalanıb? - TFF-fən açıqlama

Almaniyanın "Bild" nəşri Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında (2:1) “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzalandırıldığını yazıb.

Sportnet.az xəbər verir ki, mılumatda 26 yaşlı müdafiəçinin 2 oyunluq diskvalifikasiya olunduğu bildirilib.

Amma məsələ ilə bağlı açıqlama yayan Türkiyə Futbol Federasiyası (TFF) iddianı təkzib edib. TFF Demiralla bağlı qərarında sabah açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, Merih Demiral Avstriya ilə matçda qol vurduqdan sonra "bozqurd" işarəsi göstərib. "Ay-ulduzlular" 1/4 finalda Niderlandla üz-üzə gələcək.


Seçilən
103
sportnet.az

1Mənbələr