AZ

Cokoviç Uimbldon turnirində iştirak edəcək

“Bütün bu söhbətlər mənə inam və nikbinlik aşıladı”

“Rolan Qarros”da mübarizəni yarımçıq dayandıran, ardından dizindən əməliyyat olunan Novak Cokoviç dünən start götürən Uimbldon turnirinə qatılmaq qərarı ilə bağlı izah verib. “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibinin fikirləri:
“Xanımım da bu haqda məndən çox soruşur. 37 yaşım var, bəlkə də daha az risk etməli və Olimpiya Oyunlarına hazırlaşmalıydım. Ancaq hələ də oynaya bildiyim məqamda heç bir “Böyük dəbilqə” turnirini buraxmaq istəmirəm. Bunu nəyisə əldən vermək qorxusu ilə bağlamazdım. Sadəcə, qarşısıalınmaz oynamaq, yarışmaq həvəsim var. “Uimbldon” uşaqlıqdan bəri arzuladığım turnirdi. Mən həmişə burda iştirak etməyi arzulamışam. Turniri buraxmağı ağlımdan belə keçirmirəm”.

Serb ulduz həmçinin qatılmaq qərarı verərkən kimlərlə məsləhətləşdiyini də deyib:
“Ümumiyətlə, Londona gəlib-gəlməməklə bağlı şübhələrim var idi. Oxşar vəziyyətləri yaşayan bəzi idmançılarla, məsələn, Teylor Fritslə uzun-uzadı söhbət etdim. O da təxminən üç il əvvəl mən yaşadığımı yaşayıb. Deyəsən, Teylor da “Rolan Qarros”da zədələnmişdi. Zədədən 21 gün sonra “Uimbldon”da birinci dövrənin oyununa çıxıb. Sten Vavrinka, xizəkçi Lindsi Vonn ilə də danışmışam – hər biri təcrübəsini mənlə bölüşüb. Bütün bu söhbətlər mənə inam və nikbinlik aşıladı. Bərpa yaxşı gedibsə, dizim də müalicəyə yaxşı reaksiya veribsə, iştirakla bağlı problem yoxdu”.

37 yaşlı tennisçi bir neçə gün əvvəl Harlingemdə keçirilən sərgi turnirində Daniil Medvedevi məğlub edib (6:3, 6:4) və həmin görüşdə heç bir ağrı hiss etməyib. Xatırladaq ki, “Uimbldon”un son qalibi Karlos Alkarasdı. İspaniyalı ulduz ötən il finalda məhz Cokoviçi məğlub etmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
football-plus.az

1Mənbələr