AZ

Çelyabinsk rəhbərinin keçmiş müavinini rüşvətə görə saxlanıb

...Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Çelyabinsk merinin keçmiş müavini Sergey Reprintsevi saxlayıblar. Kəşfiyyat xidmətinin məlumatına görə, həbs “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə açılmış cinayət işi çərçivəsində həyata keçirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Reprintsev iki il - 2017-ci ildən 2019-cu ilə qədər Çelyabinsk rəhbərinin müavini vəzifəsində çalışıb.

Müstəntiqlərin fikrincə, o, iş adamlarından ən azı 10 milyon rubl məbləğində rüşvət alıb.

Şübhəli şəxs Maqnitoqorskda öz daçasında istirahət edərkən saxlanılıb.

Yaxın vaxtlarda eks-məmur barəsində qabaqlayıcı tədbir seçiləcək. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıTsOS-un bildirdiyinə görə, Reprintsevi 15 il həbs cəzası, həmçinin rüşvətin yüz misli məbləğində cərimə gözləyir.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sia.az

1Mənbələr