AZ

Brüssel Orbana Aİ adından Moskva ilə danışıqlar aparmağıQADAĞAN ETDİ

Macarıstanın Avropa İttifaqı (Aİ) adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur.

 

Senzor.az bildirir ki, bu bəyanatla Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel çıxış edib.

 

Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya mümkün səfəri ilə bağlı məlumatı şərh edən Mişel “X” sosial şəbəkəsində yazıb: “Macarıstanın Aİ Şurasına rotasiyalı sədrliyi Avropa İttifaqı adından Rusiya ilə əlaqə qurmaq mandatına malik deyil”.

  

Mişel qeyd edib ki, “Ukrayna ilə bağlı heç bir danışıqlar Ukraynasız baş tuta bilməz”.

 

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Orbanın Rusiyaya mümkün səfəri ilə bağlı KİV-in sorğusuna cavab olaraq bu fərziyyəni təsdiqləməkdən və ya təkzib etməkdən imtina edib.

 

Ondan əvvəl isə Orban Kiyevə səfər edib. Daha sonra Rusiya və Macarıstanın xarici işlər nazirləri Sergey Lavrov və Peter Siyarto arasında telefon danışığı olub.

 

Senzor.az

Seçilən
107
2
senzor.az

3Mənbələr