AZ

Yeni müqaviləyə imza atan Erik ten Haq nə danışdı?

"Mançester Yunayted"lə müqavilə yeniləyən Erik ten Haq 4 illik anlaşmaya imza atandan sonra təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytı onun dediklərini belə çatdırıb:  

"Əməkdaşlığı davam etdirmək üçün klubla ilə razılığa gəldiyimiz üçün çox şadam. Geridə qalan iki ilə nəzər salsaq,  qazandığımız iki kuboku qürurla qeyd edə bilərik. Kluba qoşulduğum vaxtla müqayisədə müəyyən aspektlərdə inkişaf da var. Onu da açıq şəkildə bildirməliyik ki, “Mançester Yunayted”dən gözlənilən səviyyəyə çatmaq üçün qarşıda hələ çox gərgin iş var. İngiltərə və Avropada titullar uğrunda mübarizə aparmalıyıq. Klub rəhbərliyi ilə söhbət zamanı məqsədlərə nail olmaqla bağlı baxışlarımızın eyni olduğunu anladıq. Hamımız bu yolu birlikdə addımlamağa hədəflənmişik".

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
fanat.az

1Mənbələr