AZ

"Ərdoğan vasitəçi ola bilməz" - Peskov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Rusiyanın Ukrayna ilə danışıqlarında vasitəçilik edə bilməz, çünki Kiyev hər hansı danışıqları rədd edir.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Hazırda o, həqiqətən, vasitəçilik edə bilməz, çünki Ukrayna hazırda Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqları rədd edir”, – deyə Peskov qeyd edib.

O əlavə edib ki, “Ukrayna Putinin daha əvvəl Xarici İşlər Nazirliyində Rusiya prezidentinin təqdim etdiyi sülh planını qətiyyətlə rədd edib”.

"Ona görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər", - Peskov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
unikal.az

1Mənbələr