AZ

Putin: Rusiya Ukrayna ilə atəşkəslə razılaşa bilmir

Rusiya prezidenti Vladimir Putin Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə səfərini başa vurarkən jurnalistlərə bildirib ki, Moskva Kiyevin necə cavab verəcəyindən əmin olmadığı üçün Rusiya Ukrayna ilə atəşkəslə razılaşa bilmir.

Hurriyyet.az xəbər verir ki, Putin 2022-ci ildə rus qoşunlarının Kiyevdən çıxarılması ilə bağlı razılaşmaların əldə olunduğunu, lakin Ukraynadan cavab gəlmədiyini bildirib. Rusiya prezidentinin sözlərinə görə, Qərb izah edib ki, Kiyev “bütün silahlı birləşmələrinə nəzarət edə bilmir, çünki onların bəziləri guya mərkəzi hökumətə tabe deyil”.

Putin deyib ki, "Moskva sonda İstanbulda əldə edilmiş bütün razılaşmalar [qoşunların çıxarılması ilə bağlı] zibil qutusuna atıldığı üçün yenidən aldatma ilə üzləşib”.

"Və bu dəfələrlə baş verib" dedi.

 

“Ona görə də qarşı tərəfin hansısa müsbət addımlar atacağı ümidi ilə indi sadəcə olaraq atəşkəs elan edə bilmərik”, - deyə prezident bildirib. "Biz imkan verə bilmərik ki, düşmən öz vəziyyətini yaxşılaşdırmaq, silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu bərpa etmək və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün bu atəşkəsdən istifadə etsin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
hurriyyet.az

1Mənbələr