AZ

Ekvadordan Rusiyaya gələn banan yükündə 254,6 milyon dollarlıq kokain partiyası aşkarlandı

Ekvadorun hüquq-mühafizə orqanları Rusiya üçün banan yükündə narkotik partiyası aşkarlayıb.

Editor.az bildirir ki, bu barədə iyulun 2-də Ekvador Milli Polisi məlumat yayıb.

Polis sahilyanı Maçala şəhərində Rusiya Federasiyasına (“Ecuavisa”nın məlumatına görə, yük Sankt-Peterburqa istiqamətlənmiş) banan qutularında ümumi çəkisi 3183 kq olan 3190 bağlama kokain aşkar edib. Narkotikləri aşkar etməyə xidməti itlər kömək edib. Kokain götürülüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Ekvadorda onun dəyəri təxminən 6,4 milyon dollar, təyinat məntəqəsində isə 254,6 milyon dollardan artıq təşkil edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb və onlardan biri marketinq şirkətinin prezidentidir.

Ekvador polisi kokainin ələ keçirilməsini “beynəlxalq narkotik ticarətinə ağır zərbə” adlandırıb. “Ecuavisa” yazır ki, saxlanılanları 10 ildən 13 ilə qədər həbs gözləyir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
editor.az

1Mənbələr