AZ

Windows 11 artıq bütün kompüterlərin 30%-nə quraşdırılıb

     Statcounter analitik şirkətinin mütəxəssisləri əməliyyat sistemləri bazarını əhatə edən yeni hesabatı təqdim ediblər. Təqdim edilmiş hesabatda qeyd edilib ki, artıq geridə qalmış iyun ayı üzrə statistikaya əsasən Windows 11 əməliyyat sistemi bütün kompüterlərin artıq 30%-nə quraşdırılıb. Bu isə Windows 11 üçün yeni tarixi rekorddur. İyun ərzində sözügedən əməliyyat sistemi bazardakı pay göstəricisini 27.67%-dən 29.71%-ə yüksəldə bilib. Lakin buna baxmayaraq Windows 10 onu olduqca qabaqlayır.     Belə ki, Windows 10-un bazardakı pay göstəricisi 66.1% təşkil edir. Lakin digər tərəfdən onu da qeyd etmək lazımdır ki, Windows 10 ləng şəkildə olsa belə öz bazardakı payını itirməyə davam edir. Belə ki, iyun ayında bu əməliyyat sisteminin pay göstəricisində 2.23%-lik eniş müşahidə edilib. Burdan da belə qənaətə gəlmək olar ki, istifadəçilər tədricən öz cihazlarını Windows 11-ə keçirirlər. Çünki Windows 10-un rəsmi dəstəyi artıq 2025-ci ildə sona çatmalıdır. Windows-un digər versiyalarına gəldikdə isə Windows 7-nin bazardakı payı 2.95%, Windows 8.1-in payı 0.4%, Windows XP-nin payı isə 0.39% təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
technote.az

1Mənbələr