AZ

“Neftçi”dən Mark Tamaşın müsahibəsi ilə bağlı açıqlama

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” klubu macarıstanlı müdafiəçisi Mark Tamaşla bağlı bəyanat yayıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, macarıstanlı müdafiəçi ölkəsinin “Fehervar” klubunun rəsmi saytına müsahibə verib.

Həmin müsahibədə oyunçunun sözlərinin yanlış anlaşıldığı və “Fehervar” komandası Markın o sözləri demək istəmədiyini bildirib. Paytaxt klubu baş verənlərə görə təəssüfləndiklərini söyləyib.

Xatırladaq ki, “Neftçi”nin müdafiəçisi Mark Tamaş Avropa Konfrans Liqasında “Sumqayıt”la qarşılaşacaq Macarıstan təmsilçisi “Fehervar”ın saytına müsahibə verib. Macar oyunçu Bakı təmsilçisindəki ilk mövsümündən, Azərbaycan çempionatı və “Sumqayıt” haqda danışıb. O, müsahibəsində “Neftçi”nin “Qarabağ”dan sonra Azərbaycanın ikinci böyük klubu olduğunu qeyd edib. Onun bu sözləri isə birmənalı qarşılanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
16
arena.az

10Mənbələr