AZ

Aktrisa kosmosa uşmasından danışdı

Rusiyalı aktrisa  “Çağırış” filminin çəkilişləri zamanı kosmosa uçub.

Rusiyalı aktrisa Yuliya Peresild “Çağırış” filmini çəkmək üçün kosmosa uçduqdan sonra özünü unikal hiss etdiyini bildirib. 

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə o verdiyi müsahibədə özünü hamıdan fərqli hiss etdiyini deyib.
“Əlbəttə, özümü unikal hiss edirəm. Bu uçuşdur, faktdır, danılmazdır. Bir az da kosmonavt kimi hiss edirəm, ən əsası isə heç kim buna etiraz etməyəcək”, - deyə aktrisa etiraf edib.


Aktrisa kosmosa uçuşunun insanlara və ətrafındakı dünyaya "adekvat reaksiya" göstərməsinə mane olmadığını vurğuladı.

Peresild, bir hissəsi kosmosda çəkilmiş "Çağırış" filminə Çin sakinlərinin reaksiyasından da danışıb. Sənətçi filmin Pekində premyerasının yerli sakinlər arasında çox böyük maraq doğurduğunu və onların baxışdan məmnun qaldığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
olke.az

1Mənbələr