AZ

Ərdoğan Xi-yə Ukraynada genişlənən müharibə təhlükəsi barədə danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Çin lideri Si Cinpinlə görüşündə Ukraynada müharibənin qlobal səviyyədə yayılması təhlükəsini açıqlayıb.

 

“Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinin genişlənməsi təhlükəsinin və İsrailin Fələstinə zərbələrinin regional və qlobal səviyyədə əhəmiyyətini vurğulayaraq, beynəlxalq ictimaiyyətin bu məsələdə təsirli tədbirlər görməli olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.

 

Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtına gəlib. Görüş zamanı liderlər Türkiyə-Çin münasibətlərini, Ukraynadakı müharibəni, həmçinin İsrail və HƏMAS-ı müzakirə ediblər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
oxu24.com

1Mənbələr