AZ

"Arsenal" Rayanı rəsmiləşdirib

David Raya “Arsenal”ın tamhüquqlu futbolçusu olub.

İdman.biz xəbər verir ki, “Brentford”a məxsus qapıçı son mövsümü Londonda icarə əsasında keçirib.

“Topçular” müqavilədəki transfer maddəsini aktiv ediblər. Rayanın qiyməti 31,9 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, David 2023/2024 mövsümündə meydana çıxdığı 41 oyunda 20 dəfə qapısını toxunulmaz saxlayıb.

İdman.biz

Seçilən
103
idman.biz

1Mənbələr