AZ

Yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib - FOTOLAR

Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə bu gün yeniyetmələr arasında stolüstü tennis idman növü üzrə Bakı şəhər turniri keçirilib.

QHT.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində mənfi 2 sistemi üzrə təşkil olunan yarışda, ümummillikdə 48 nəfər həvəskar idmançı iştirak edib. Turnir bağlanış tədbiri və mükafatlandırma ilə başa çatıb, qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verilməsi idi.

Seçilən
60
qht.az

1Mənbələr