AZ

“Fənərbağça” lideri ilə yeni müqavilə imzaladı

İstanbulun “Fənərbağça” basketbol klubu komandanın əsas ulduzlarından biri olan Naycel Heys-Devis ilə 3 illik yeni müqavilə imzalayıb.

MBA komandalarının marağına və təkliflərinə baxmayaraq, “Fənərbağça” Naycellə yeni uzunmüddətli müqavilənin şərtlərini razılaşdıra bilib.

Mövsümün əvvəlində Heys-Devis “Alba” ilə görüşdə 50 xal toplayıb. Bu nəticə Avroliqa tarixində rekorddur. Naycel 49 xal toplayan Şeyn Larkinin rekordunu yeniləyib.

Seçilən
117
futbolinfo.az

1Mənbələr