AZ

“Ukrayna ilə danışıqlar başlayana qədər atəşkəs olmayacaq” – Putin


“Danışıqlar başlamayana və Kiyevlə aydın razılaşmalar əldə olunmayana qədər Ukrayna ilə müharibədə atəşkəs mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Astanada jurnalistlərlə söhbəti zamanı bildirib.
Prezidentin sözlərinə görə, Rusiya Ukraynanın cavabına əmin olmadığı üçün atəşkəslə razılaşa bilməz:
“Biz imkan verə bilmərik ki, düşmən atəşkəsdən istifadə edərək yenidən silahlansın, öz ordusunu məcburi səfərbərlik yolu ilə tamamlasın. Atəşkəsə nail olmaq üçün Ukrayna geri dönməz və Rusiya üçün məqbul addımlar atmalıdır”.
Putin həmçinin bildirib ki, 2022-ci ildə Kiyev yaxınlığında yerləşdirilmiş rus qoşunları Qərb tərəfdaşlarımızın tələbi ilə hərbi əməliyyatları dayandırdığı “epizod olub”, lakin Ukraynadan heç bir qarşılıqlı addım olmayıb.
Prezidentin sözlərinə görə, Qərbdə bunu onunla izah edirdilər ki, Kiyevdə onlar öz silahlı birləşmələrinin hamısına nəzarət edə bilmirlər, çünki guya orada mərkəzi hakimiyyətə tabe olmayanlar var. O, həmçinin qoşunların Kiyev yaxınlığından çıxarılmasını xatırladıb, bundan sonra Rusiya yenidən aldatma ilə üzləşib:
“Və bu bir dəfədən çox olub. Ona görə də qarşı tərəfin hansısa müsbət addımlar atacağı ümidi ilə indi sadəcə olaraq davam edib atəşkəs elan edə bilmərik”.
Seçilən
85
yeniavaz.com

1Mənbələr