AZ

İspaniya ilə oyundan əvvəl saçını bənövşəyi rəngə boyadı

Almaniya milli komandasının 29 yaşlı yarımmüdafiəçisi Robert Andrix Avropa çempionatının 1/4 finalında İspaniya ilə oyundan əvvəl saçını bənövşəyi rəngə boyayıb.

Xatırladaq ki, iyulun 5-i cümə günü Almaniya və İspaniya milliləri arasında Avro-2024-ün 1/4 final oyunu keçiriləcək. Oyun Ştutqartdakı “Mercedes-Benz Arena”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu çempionatda futbolçu komandasının 4 oyununda da iştirak edib. Andrix 2021-ci ildən “Bayer”də oynayır. Keçən mövsüm yarımmüdafiəçi klubda bütün turnirlərdə 45 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyununa kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 17 milyon avrodur.

Seçilən
107
futbolinfo.az

1Mənbələr