AZ

BenQ Mobiuz EX321UX gaming monitoru təqdim edilib - QİYMƏTİ

     BenQ şirkəti Avropa bazarında yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru BenQ Mobiuz EX321UX adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym ölçülü mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran üstəlik HDR10 dəstəyinə sahibdir və həm DCI-P3 həm də Adobe RGB rəng diapazonlarının 99%-ni əhatə edir. Monitor özündə 2 ədəd HDMI, 1 ədəd DisplayPort, 2 ədəd USB Type C və 3 ədəd USB 3.2 Type A girişini birləşdirir. BenQ Mobiuz EX321UX bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 1199 avro təşkil edəcək.

Seçilən
122
technote.az

1Mənbələr