AZ

Ronaldo sağalmaz xəstəliyə düçar olmuş uşağı ziyarət etdi

Portuqaliya yığmasının kapitanı, ulduzu hücumçu Kristiano Ronaldo sağalmaz xəstəliyə – xərçəngə mübtəla olmuş azyaşlı uşağı ziyarət edib.

Arena.az bu barədə Almaniyanın “hr3” radiosuna istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Ronaldo xərçəng xəstəliyinə tutulmuş Avar adlı oğlanla tribunalaraltı məkanda tanış olub, balacanın könlünü alaraq, nəvazişlə davranıb, sonra şəkil çəkdirib, həm də uşağın köynəyinə, kepkasına və topuna öz imzasını atıb.

Bu, Portuqaliya yığmasının AÇ-2024-ün 1/4 final mərələsi çərçivəsində Sloveniya yığması ilə oyunundan sonra baş verib.

Xatırladaq ki, əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatmış oyunun 105-ci dəqiqəsində Ronaldo penaltini qola çevirə bilməyib (qapıçı). Oyunsonrası penaltilər silsiləsində isə portuqal ulduz qətiyyətlə nöqtəyə yaxınlaşıb və dəqiq zərbə ilə hesabı açaraq, komadansının 3:0 hesablı qələbəsinə öz töhfəsini verib.

1/4 final mərhələsinə yüksəlmiş Portuqalya yığması burada Fransa yığması ilə qarşılaşacaq. Oyun iyulun 5-də Hamburqun “Folksparkştadion”unda keçiriləcək.

Seçilən
90
arena.az

1Mənbələr