AZ

Macarıstanın baş naziri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban iyulun 5-6-da TürkDövlətləri Təşkilatının (TDT) sammitində iştirakı üçün Azərbaycanasəfər edəcək.

Trend xəbər verir ki, bubarədə Macarıstanın baş nazirinin mətbuat katibi Zoltan Kovaç "X"sosial şəbəkə hesabında yazıb.

"Sammitdə əsas diqqət nəqliyyat əlaqələri və iqlim tədbirlərivasitəsilə davamlı gələcək qurmaq olacaq. Baş nazir Orban türkiyəlitərəfdaş dövlətlərin liderləri ilə ikitərəfli danışıqlarda daiştirak edəcək", - Kovaç yazıb.

Qeyd edək ki, iyulun 6-da Şuşada qeyri-rəsmi TDT sammitikeçiriləcək.

“Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə DavamlıGələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsasməsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçünplatforma rolunu oynayacaq.

İclasın sonunda Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digərmühüm sənədlərin imzalanması gözlənilir.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Seçilən
128
4
az.trend.az

2Mənbələr