AZ

Bütün universitetlərin vahid tələbə kartı olacaq...

Image

Ilqar Orucov: “Güzəştli kartlar tələbələrin zəruri ehtiyaclarını qarşılamaq üçün yaradılmalıdır”

Beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.

Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağı qeyd edilib. Qeyd edək ki, bir çox ölkələrdə tələbələr üçün vahid kart sistemi mövcuddur. Tələbələr bu kart sayəsində, ictimai nəqliyyat da daxil olmaqla, bir sıra xidmət sahələrindən ya pulsuz, ya da güzəştlə istifadə edə bilirlər. Məsələn, Türkiyədə həm öz vətəndaşları, həm xarici tələbələr üçün bələdiyyələr tərəfindən kartlar verilir və bir sıra güzəştlər nəzərdə tutulur. Ölkəmizdə də tələbələr üçün vahid kart yaradılması müzakirə olunur. 

Vahid tələbə kartı ilə tələbələrə hansı imtiyazlar veriləcək?

“Universitetlər tələbələrə güzəşt etməkdə maraqlı olmalıdır, rektor unutmamalıdır, tələbə yoxdursa universitet də yoxdur” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, sosialyönümlü layihədir: “Tələbələrə yönələn bu cür addımlar alqışlanmalıdır. Tələbələrə dəstək olunmalıdır, onlara müxtəlif sahələrdə güzəşt olunmalıdır. Güzəşt kitab satışı mərkəzlərində olsa daha yaxşı olar. Eyni zamanda, yemək, alış-veriş mərkəzlərində də tələbələrə güzəşt edilməlidir. Böyük iaşə obyektlərində bu cür kartlartdan istifadəyə şərait yaradılmalıdır. Yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə edən tələbələrə güzəşt edilsin. Bütün bunların hamısını vahid kartda cəmləmək mümkündür. Bu kimi güzəştli kartlar tələbələrin zəruri ehtiyacını qarşılamaq üçün yaradılmalıdır”.

Həmsöhbətimiz hesab edir ki, universitetlər tələbələrə güzəşt etməkdə maraqlı olmalıdır. Universitetlər öz maraqlarını deyil, tələbələri fikirləşməlidir: “Rektor unutmamalıdır, tələbə yoxdursa universitet də yoxdur. Universitet rəhbərləri bu məsələdə Təhsilin İnkişafı Fonduna dəstək göstərməlidir”.

Günel CƏLİLOVA





Seçilən
148
baki-xeber.com

1Mənbələr