AZ

"Azərbaycanla əməkdaşlıq ŞƏT üçün xüsusi əhəmiyyət kəsb edir" — Fərid Şahbazlı

"Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunu, dünya liderləri arasındakı böyük nüfuzunu növbəti dəfə təsdiq etdi. Dünyanın ən nüfuzlu və mötəbər qurumlarından olan ŞƏT-in ölkəmizə göstərdiyi maraq sübut edir ki, Azərbaycanla əməkdaşlıq bu qurum üçün xüsusi əhəmiyyət kəsb edir".

Bu sözləri Oxu.Az-a "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib: "Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təsadüfi deyil ki, təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verdi".

Seçilən
65
4
demokrat.az

5Mənbələr