AZ

Amerika Kuboku: Messisiz Argentina Ekvadora qarşı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokunun 1/4 final mərhələsində Argentina Ekvadorla qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən görüşdə son dünya çempionu Argentina Ekvadoru sınağa çəkəcək.
Görüşün favoriti Argentina millisi sayılsa da, Ekvador seçməsinə də güvənənlərin sayı heç də az deyil. Amma argentinalıların heyətində Lionel Messinin görüşü buraxması nominal meydan sahiblərinin işlərini çətinə sala bilər. Ekvador millisində isə itkilər yoxdur.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 05:00-da başlanacaq görüşü uruqavaylı hakimlər briqadasından Matonti Kabrera idarə edəcək.
05 iyul
1/4 final mərhələsi
Argentina – Ekvador
Saat 05:00, "NRG Stadium"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
33
oxu.az

10Mənbələr