AZ

2030-cu il Dünya Çempionatının finalı “Santyaqo Bernabeu”da keçiriləcək


2030-cu il Dünya Çempionatının final oyunu “Real Madrid”in doğma meydanı “Santyaqo Bernabeu”da baş tutacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, FİFA artıq məsələ ilə bağlı qərar verib və yaxın günlərdə bunu rəsmi qaydada elan edəcək.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə hər biri bir açılış oyununa ev sahibliyi edəcək.
Seçilən
82
yeniavaz.com

1Mənbələr