AZ

Arktikada nəsli kəsilmiş qoz ağacları tapılıb

Arktikada

Arktikada nəsli kəsilmiş üç qoz növü tapılıb. Belə bir şəraitdə ağacların qalmasının başlıca səbəbinin təbii mumiyalanma ilə bağlı ola biləcəyi təxmin edilir.

Reyting.az
-ın məlumatına görə, alimlərin yeni araşdırması zamanı Arktika Dairəsinin yuxarısındakı bir adada əvvəllər məlum olmayan və çoxdan nəsli kəsilmiş üç növ qoz ağacının qalıqlarına rast gəlinib.

Bu növlərin fosilləri bütün məlum canlılar ilə məhv olan və yaxud nəsli kəsilmiş qoz növlərinin məskəninə çevrilmiş şimal ada istiqamətində tapılıb. Tədqiqatçılar qeyd edirlər ki, tapıntı həmin növ qrupun ən qədim məlum nümunələrindən bəzilərini təmsil edir.

Aksel Heyberq adasının tədqiqi göstərir ki, 45 milyon il ərzində onun iqlim şəraiti Şimal buzlu okeanı sahillərindəki bir çox tropik meşələrdən tutmuş, indiki donmuş səhraya qədər köklü şəkildə dəyişib. Elə bu səbəbdən də həmin adanın ərazisində tapılmış qədim meşə qalıqları milyonlarla ildir ki, dəyişməz qalan çox keyfiyyətli bir mumiyalamanın sayəsində olduqca yaxşıqorunub.

Geoloji sübutlar göstərir ki, 45 milyon il əvvəl atmosferdəki yüksək CO2 səviyyəsi, həmçinin formalaşmış qlobal istixana mühiti sayəsində Yer kürəsindəki qütb bölgələri isti meşələrlə örtülü olub.

Elm adamlarının fikrincə, proseslər zamanı bu şərtlər qırmızı ağaclar, sidrlər, ladinlər və qoz ağacları da daxil olmaqla təbiətin öz axarı çərçivəsində müxtəlif ekosistemləri dəstəkləməklə inkişaf tempi yaradıb.

Tədqiqatçılar qeyd edirlər ki, buzlaqlarla örtülü Aksel Heyberq adasından tapılıb üzə çıxan bu qiymətli tapıntılar milyonlarla il əvvəl Yer kürəsində mövcud olmuş qədim iqlimi, həm də ekosistemləri öyrənmək üçün unikal imkan yaradır.

Elm adamları onu da vurğulayıblar ki, tapılan üç növ qoz Yunan qozu növünə aiddir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
reyting.az

1Mənbələr