AZ

“Vest Hem”i yox, “Əl İttihad”ı seçdi

Artur Tiate Səudiyyə Ərəbistanında oynayacaq. Belçikalı futbolçu “Əl İttihad”a keçməyə qərar verib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Avropadan bir neçə təklif alsa da, daha yaxşı şərtlər təklif edən ərəb klubuna yollanır. “Renn” bu transferdən 18 milyon avro qazanacaq. Fransa klubu onu “Vest Hem”ə satmağa razı olsa da, Artur şəxsi müqavilənin şərtlərində ən uyğun bildiyinə razılaşıb.

Bu transferdə Marselo Qalyardonu əvəzləyən yeni baş məşqçi Stefano Pioli də önəmli rol oynayıb. Vaxtilə futbolçunu çalışdığı “Milan”a gətirə bilməyən italiyalı mütəxəssis arzusuna çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
futbolinfo.az

1Mənbələr