AZ

"Bu şəhərdə"nin Coşqunu: "Bütün müğənnilər dəyişdi, bircə Aygündən başqa" – VİDEO 

"Bu şəhərdə" yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov Xalq artisti Aygün Kazımovadan söz açıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi münsif olduğu "Şən gənc" proqramında danışıb. 

Plastik və estetik əməliyyatlardan bəhs edən C.Rəhimov bir çox müğənnilərin plastik əməliyyatdan sonra dəyişdiyini bildirib: 

"Azərbaycanda plastik əməliyyatı daha çox edən və bunun riskini edən Aygün Kazımovadır. Amma illərdir tanıyırıq, insanın siması, şarmı dəyişməyib. Bütün müğənnilər dəyişib, bircə, Aygündən başqa. Belə bir addım atanda gərək sima qorunub saxlansın. O da simasını hərtərəfli qoruyub saxlayıb".

Xalq artisti Afaq Bəşirqızı isə "Allah elə sima verib ki, kim əl gəzdirsə də, dəyişmir. Gözəldir" fikirlərini dilə gətirib. 
 

Rəşad Əliyev, Bizim.Media
Seçilən
95
50
bizim.media

10Mənbələr