AZ

ABŞ bu ölkə ilə müharibəyə başlayır: Bircə addım qalıb ki…

“ABŞ və Rusiya bir-birinə qarşı müharibəyə cəmi bir addımlıqdadır”.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib.

“Müharibəyə bir addım qalıb. Artıq Rusiyanın ABŞ-lə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq niyyətində olduğuna dair şayiələr var”, – Conson deyib.

Onun fikrincə, ABŞ münaqişənin sülh yolu ilə həlli üçün addımlar atmağa borcludur. Conson qeyd edib ki, nüvə fövqəldövlətlərinin birdən-birə bir-birinə qarşı müharibəyə başlamaması üçün hər şeyi etmək lazımdır.

Ayşən

 

 

 

 

Seçilən
22
medianews.az

1Mənbələr