AZ

Gəncədə 2 qanunsuz tikili söküldü - FOTO

Gəncədə 2 ünvanda qanunsuz tikintilərin qarşısı alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, müxtəlif qurumların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqlər zamanı müvafiq icazə sənədləri olmadan qeyri-yaşayış sahəsinin tikintisinin aparılması faktları aşkarlanıb. 

Nəticədə şəhərin 5-ci mikrorayon, Sədi küçəsi 31 saylı yaşayış binasının qarşısında və Ozan küçəcində  aparılan qanunsuz tikinti işləri dayandırılıb və sökülüb. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
55
bizim.media

1Mənbələr