Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova rəqəmsal rubla yüksək tələbat gördüklərini və sentyabrın 1-dən etibarən rəqəmsal rubl üçün pilot layihəni genişləndirəcəklərini deyib.

İndex.az xəbər verir ki, Skorobogatova ilin ikinci yarısında və 2025-ci ildə rəqəmsal rubl üçün inkişafları sürətləndirəcəklərinə diqqət çəkib.

“Rəqəmsal rubldan istifadə etmək istəyən çoxlu müraciət alırıq və layihənin bütün banklara genişlənməsini tələb edirik. Ona görə də, sentyabrın 1-dən biz rəqəmsal rubl üçün pilot layihəni genişləndirəcəyik və layihəyə daha çox bank cəlb olunacaq”, – Skoroboqatova bildirib.

Rusiya 2023-cü ildə sınaq prosesinə başladığı rəqəmsal rubldan beynəlxalq ödənişlərdə istifadə etməyi hədəfləyir.