“Təhlükəsizlik məsələləri üzrə ŞƏT plyus formatında illik dialoqun keçirilsin”.
Azpost.info xəbər verir ki, bu təklifi Özbəkistan prezidenti Şavkat Mirziyoyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə səsləndirib.
“ŞƏT-in təhlükəsizlik məsələlərində fəaliyyətinin konseptual əsaslarına yeni nəzər salmaq lazımdır. Mən ölkələrimizin səlahiyyətli orqan rəhbərlərinin və bütün ekspertlərin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə hər il “ŞƏT plyus” dialoqunun keçirilməsini təklif edirəm”, – o deyib.
Azpost.info