AZ

''Fənər''in sabiq üzvü 44 yaşında özünə yeni klub tapdı

Bir qədər stajlı ''Fənərbaxça'' fanatlarının gözəl xatırladığı Daniel Quisadan xəbər var.

Avqustda onun 44 yaşı tamam olacaq. Amma ispaniyalı forvard hələ də karyerasını başa vurmayıb. Əksinə o, özünə yeni klub tapıb. Quisa bu günlərdə İspaniyanın 3-cü liqa təmsilçisi ''Rotena'' ilə birillik müqavilə imzalayıb. Klubun açıqlamasında qeyd olunub ki Avropa Çempionu ''Rotena''nı gücləndirməyə gəlib.

Quisa indiyə qədər 17 fərqli klubun şərəfini qoruyub ki, onlardan biri də ''Fənər''di. Bu futbolçu 2007/08-də ''Malyorka''nın heyətində La Liqanın bombardiri və İspaniya yığmasının heyətində AÇ-2008-in qalibi olduqdan sonra böyük ümidlərlə İstanbul nəhənginə transfer olunmuşdu. Amma Quisa 3 mövsüm ərzində ümidləri doğrultmamış və ''sarı-lacivərdlilər''dən ayrılmalı olmuşdu. O, 2018-dən bu yana əsasən doğulduğu bölgə olan Andalusiyanın 2 və 3-cü liqalarda oynayan klublarında top qovub.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
football-plus.az

1Mənbələr