AZ

Ukraynalı 56 ildən çox sürücülük hüququndan məhrum edilib

 

Ukraynada məhkəmə bir sürücünü yarım əsrdən çox müddətə avtomobil idarə etmək hüququndan məhrum edib.

525.az xəbər verir ki, məhkəmənin qərarına görə, o, 85 yaşında maşın sürə biləcək.

Məlumata görə, polis onu saxlayarkən çox qəribə vəziyyətdə olub və narkotik istifadəsi üçün sınaqdan keçməkdən qəti şəkildə imtina edib.
Aydın olub ki, sürücü buna görə artıq məsuliyyətə cəlb edilib və 10 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Hakim hazırkı işə baxarkən müəyyən edib ki, sürücü il ərzində bir neçə dəfə oxşar qanun pozuntularına görə məsuliyyətə cəlb edilib. Lakin cərimələr ona heç bir təsir göstərməyib. Hakim əvvəlki  digər məhkəmələr tərəfindən təyin edilmiş bütün çəkilməmiş
nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə müddətlərini təyin edib. O, 15 sutka inzibati həbs edilib, 56 il 6 ay 14 gün müddətinə sürücülük hüququndan məhrum edilib.

Sürücünün işində  həmçinin cinayət məsuliyyəti var və onu dəmir barmaqlıqlar arxasında 3 ilə qədər həbs cəzası gözləyir.

Pərvanə Sultanova 

 






















Bizi İnstagramda izləyin

Seçilən
74
525.az

1Mənbələr