AZ

Azərbaycan-Çin münasibətlərinin indiki vəziyyəti strateji əməkdaşlıq adlanır- ÖZƏL

"Azərbaycan-Çin münasibətlərinin indiki vəziyyəti strateji əməkdaşlıq adlanır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"O ölkələr strateji əməkdaşdırlar ki, onların bir-birinə həqiqətən də böyük ehtiyacı var. Azərbaycan prizmasından dünyanın ən böyük ölkəsi ilə əməkdaşlıq və bərabərhüquqlu əməkdaşlıq xüsusi dividendlər vəd edir. Həm milli maraqların qorunması, həm regional və qlobal siyasətdə oyunçuluq, həm də Çin prizmasından baxdıqda onun Qərbə doğru yönələn kommunikasiya xətləri üzərində Azərbaycan kimi müttəfiqin olması "Bir kəmər, bir yol" layihəsinin də həyata keçməsində böyük avantajlar doğurur. Hər ikisinin ortaq nöqtəsi kimi Zəngəzur dəhlizi məsələsi qlobal dünyanın gündəminə gəlir. Belə olduqda şüphə yoxdur ki, Azərbaycan-Çin münasibətlərinin digər alternativləri də yaranır. Bəlkə COP29 çərçivəsində əməkdaşlıq, "Yaşıl" iqtisadiyyatın qurulması, Çinin investisiyasının gəlişi, müasir texnologiyalar sahəsində əməkdaşlıq, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, separatizmə yox və bütün bu sahələrdə birgə fəaliyyət. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatını əsas götürsək, demək ki bizim ümumi dividendimiz ölçülə biləcəyindən daha artıq potensiallar doğurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
olaylar.az

1Mənbələr