Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, bunların hamısı boş cəfəngiyyatdır və islamofobiyanın əsl göstəriciləridir.
Fikrət Sadıqovun sözlərinə görə, hazırki dövrdə Qərbin islamofob addımları, bəyanatları o qədər radikal şəkildə səslənir ki, kiçik hərəkətə belə bir mənfi və heç də reallığa uyğun olmayan reaksiya verirlər:
“Görünən odur ki, Qərb ölkələrində bir sıra dairələr idmanı siyasiləşdirmək fikrindədirlər. Bu, görünür onların əsas məqsədləridir. Çünki türkiyəli futbolçunun hərəkəti nə ictimai asayişə, nə onların təhlükəsizliyinə, nə dinc yaşamalarına heç bir mənfi təsir göstərmir. Bu sadəcə olaraq bir simvoldur, bir rəmzdir. Dünyada bir çox ölkələrin, xalqların müxtəlif simvolları var. Hətta dünyada elə futbol komandaları var ki, futbolçuların köynəklərində həmin simvolların şəkilləri əks olunub. Məsələn, xoruz, ayı, əjdaha, inək, ilan və s. Onda belə çıxır ki, onların hamısına bir qadağa qoymaq, həbs etmək, ya da bunu ictimailəşdirmək lazımdır? Onda görünür bunlarla bağlı da ciddi bir mübarizə aparmaq lazımdır. Bunu başqa cür qiymətləndirmək və haqq qazandırmaq olmaz”.
Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.