AZ

Manaf Ağayev tanınmış deputatla eyni dairədən rəqib olacaq? 

Müğənni Manaf Ağayevin bütün əlaqələrini işə salaraq deputat olmaq üçün hərəkətə keçdiyi iddia edilib. Məlumata görə, müğənni seçkilərlə bağlı prosesə həmyerlisi olan bir çox sənət dostlarını da cəlb edib.

Mənbənin məlumatına görə, Manaf Ağayev 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağını deyir. Hal-hazırda həmin dairənin deputatı tanınmış iqtisadçı Vüqar Bayramovdur.

Müənninin deputat olmaq sevdası, xüsusən də Vuqar Bayramova rəqib olması iddiası mətbuatda səs- küy yaradıb.

Referans.az məsələ ilə bağlı müğənni Manaf Ağayevin öz fikrini öyrənmək istəyib. Telefona toylar kralının köməkçisi cavab verərək, yayılan xəbəri təkzib edib. Manaf Ağayevin hazırda toyda olduğunu və deputat olması ilə bağlı xəbərlərin yalnış olduğunu bildirib.

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
referans.az

4Mənbələr