AZ

ŞƏT-ə üzv ölkələrinin Hökumət Başçıları Şurasının iclası Pakistanda keçiriləcək

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin HökumətBaşçıları Şurasının iclası oktyabrda Pakistanın İslamabad şəhərindəkeçiriləcək.

Trend xəbərverir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərif "X"platformasında məlumat paylaşıb.

"Pakistan bu ilin oktyabrında İslamabadda keçiriləcək ŞƏTHökumət Başçıları Şurasının iclasında ŞƏT ailəsinin üzvləriniqarşılamağı səbirsizliklə gözləyir", - paylaşımda deyilir.

Qeyd edək ki, 2024-cü il iyulun 4-də Qazaxıstanın sədrliyi iləAstanada Müstəqillik Sarayında ŞƏT sammiti keçirilir.

Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan,Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan,Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumətbaşçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterrorstrukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil DövlətlərBirliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadiKomissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı(IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirakedirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin DövlətBaşçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatındakeçirilir.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildəyaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan,Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildəHindistan və Pakistan, 2023-cü ildə isə İran təşkilatın tamhüquqluüzvünə çevrildi. Bugünkü sammitdə Belarus rəsmi olaraq ŞƏT-intamhüquqlu üzvlüyünə qəbul edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
az.trend.az

3Mənbələr