Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya səfər edəcək.
Bildirilib ki, o, sözügedən tarixdə Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etməyəcək.
Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının 1/4 final mərhələsində Türkiyə millisi Niderlandla iyulun 6-da qarışılaşacaq.