AZ

Amerika Kubokunda fərqli format

Amerika Kubokunun pley-off oyunlarında Avropa çempionatından fərqli format tətbiq olunacaq. Matc.az xəbər verir ki, ABŞ-da təşkil olunan yarışın 1/4 və yarımfinal qarşılaşmalarında penaltilər seriyası olmayacaq. Belə ki, oyunların 90 dəqiqəsində qalib müəyyənləşməsə, əlavə vaxt oynanılmayacaq və birbaşa penaltilər seriyasına keçiləcək. Yalnız final görüşündə əlavə vaxt olacaq. Qeyd edək ki, Amerika Kubokunda 1/4 finala sabah start veriləcək. Bu mərhələdə Argentina - Ekvador, Venesuela - Kanada, Uruqvay - Braziliya və Kolumbiya – Panama matçları keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
matc.az

1Mənbələr