Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 145 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib.
Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.